Ceyms Bond silsiləsindən 25-ci filmi məşhur Amerika rejissoru və prodüseri Keri Fukunaqa çəkəcək. Ceyms Bond silsiləsindən 25-ci filmi məşhur Amerika rejissoru və prodüseri Keri Fukunaqa çəkəcək.

Ceyms Bond haqqında filmin rejissoru bilindi

Ceyms Bond silsiləsindən 25-ci filmi məşhur Amerika rejissoru və prodüseri Keri Fukunaqa çəkəcək.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə layihənin sosial şəbəkədəki rəsmi səhifəsində məlumat yerləşdirilib.

Məlumatda yazılıb: “Bu gün Maykl C. Uilson, Barbara Brokkoli və Deniel Kreyq elan ediblər ki, “Bond 25” filminin çəkilişləri rejissor Keri Fukunaqanın rəhbərliyi altında 2019-cu ilin 4 mart tarixində Pinewood Studios-da başlayacaq. Dünya premyerası isə 2020-ci il 14 fevralda baş tutacaq.”

Keri Fukunaqa “Adsız”, “Ceyn Eyr” kimi filmlərin, “Əsl detektivlər” serialının müəllifidir.

Bir müddət əvvəl filmin prodüserləri bildirmişdilər ki, “yaradıcı fikir ayrılığına görə” rejissor Denni Boyl “Bond 25”-in çəkilişlərində iştirak etməyəcək.

Bond silsiləsindən “Doktor Nou” adlı ilk filmin premyerası 5 oktyabr 1962-ciu ildə Londonda baş tutub. Agent 007 Ceyms Bonda haqqında çəkilən filmlərdə cəmi altı aktyor oynayıb: Şon Konneri, Corc Lezenbi, Rocer Mur, Timoti Dalton, Pirs Brosnan və sonuncu Deniel Kreyq.

AzNews.az