Türkiyəli məşhur aktyor Talat Bulut özünün İnstagram hesabında onu cinsi zorakılıqda günahlandıran qadınla bağlı video paylaşıb. Türkiyəli məşhur aktyor Talat Bulut özünün İnstagram hesabında onu cinsi zorakılıqda günahlandıran qadınla bağlı video paylaşıb.

“Atasına da şər atıb ki, onu zorlayıb” – tanınmış aktyor

Türkiyəli məşhur aktyor Talat Bulut özünün İnstagram hesabında onu cinsi zorakılıqda günahlandıran qadınla bağlı video paylaşıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə ay öncə aktyorun baş rol oynadığı serialının kostyum işçisinə təcavüz etdiyi iddiaları yayılıbı. Həmin işçi məhkəməyə müraciət etsə də, məhkəmə sübut çatışmazlığından Talat Bulutun həbs olunmamasına dair qərar verib.

Aktyor İnstagram hesabında video paylaşaraq, bunları yazıb: “Mənim tərəfimdən zorlandığını deyən qız bir neçə il əvvəl bunu atasına da edib. Sırf İstanbula gəlmək üçün polisə gedərək atasının ona təcavüz etdiyini deyib. Daha sonra məhkəmədə yalan dediyini boyuna alıb”.

Qeyd edək ki, aktyor Türkiyənin FOX televiziyasında yayımlanan “Yasak Elma” serialında baş rol oynayır.