Türkiyənin məşhur müğənnisi Hülya Avşarın keçmiş həyat yoldaşı onunla bağlı şok açıqlamalar verdi. Türkiyənin məşhur müğənnisi Hülya Avşarın keçmiş həyat yoldaşı onunla bağlı şok açıqlamalar verdi.

Hülya Avşarın keçmiş ərindən şok açıqlamalar

Türkiyənin məşhur müğənnisi Hülya Avşarın keçmiş həyat yoldaşı onunla bağlı şok açıqlamalar verdi.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kanal D-də yayımlanan "Şule ilə Vitrindekiler" proqramının budəfəki qonağı Hülya Avşarın keçmiş əri Kaya Çilingiroğlu olub. O, Hülya barəsində bir-birindən maraqlı açıqlamalar verib. Kaya Çilingiroğlu "Hülya ilə çox yaxşı dostam. Bilsəydim, belə yaxşı dost olacağıq, daha öncə ayrılardım" deyib.

Kaya Çilingiroğlunun açıqlamalarını olduğu kimi təqdim edirik:

"Hülya ilə evliliyimiz çox gözəl keçdi. O, çox əyləncəli bir qadın idi. Amma uşaq olandan sonra özünü ona həsr etdi. Hətta işini belə buna uyğunlaşdırdı. Əyləncəli halı bitdi. Daha sonra iş qadını oldu.

İndi Hülya ilə çox yaxşı dostam. Belə dost olacağımızı bilsəydim, daha öncə ayrılardım.

Hülya çox gözəl qadındır və hər kəs ona baxır. Hətta sonralar bildim ki, dost dediklərim arasında da ona yaxınlaşmaq istəyənlər var imiş.

Biz Hülya ilə ayrılmışdıq artıq, boşanma nə vaxtsa olacaqdı. Hətta yeməyə belə ayrı-ayrı maşınlarda gedirdik.

Hülya əsəbləşdiyi vaxt çox dəhşətlidir. O, eyni zamanda çox təmizkardır".

Malik LİFTİYEV
AzNews.az