05:34
(077) 610-22-33

Xalq artistləri aprelin 5-də məhkəmədə görüşəcək

  • >
452 1 Aprel 2013 14:24 | Şou-biznes

Xalq artistləri İlhamə Quliyeva və Nazpəri Dostəliyeva arasındakı qalmaqal bütün gərginliyi ilə davam etməkdədir.


Xatırladaq ki, bir müddət öncə Nazpəri Dostəliyeva telekanallardan birində xalq artisti İlhamə Quliyevanı parodiya edib və bu qarşı tərəfin kəskin reaksiyası ilə qarşılaşıb. Bundan sonra İlhamə xanımın şikayəti əsasında Nazpəri Dostəliyeva Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

Elə aprelin 5-də Yasamal rayon Məhkəməsində də bu məsələyə baxılacaq. Belə ki, xalq artisti İlhamə Quliyevanın həmkarı Nazpəri Dostəliyevaya qarşı irəli sürdüyü iddia ərizəsi əsasında baxılacaq məhkəmə prosesi aprelin 5-də keçiriləcək.

Bahar Rüstəmli
AzNews.az

Bağla X