Sami Yusifi Türkiyədə belə qarşıladılar - VİDEO

Dubaydan Atatürk hava limanına gələn Azərbaycan əsilli Sami Yusif çox sayda pərəstişkarı və "Mehter" arkestri ilə qarşılanıb. Yerli sakinlərlə xatirə şəkilləri çəkdirən Sami Yusif yeni "Salam" mahnısınıda pərəstişkarlarıyla oxuyub.

Jurnalistlərə açıqlama verən Yusif Türkiyədə olmağından məmnun olduğunu dilə gətirərək deyib: "Türk xaqı mənim hər zaman qəlbimdədir. Türkiyənin hər yerində yaşayan insanları öpüb bağrıma basıram. Allah hamısını qorusun və onlardan hər zaman razı olsun".

AzNews.az