11:27
(077) 610-22-33

ADNA terroruna klip həsr olundu FOTO+ VİDEO

  • >
541 2 Aprel 2013 10:50 | Şou-biznes

30 Aprel ADNA terroruna klip həsr olundu. "Ad Gloriam" qrupunun yazıb bəstələdiyi mahnı "Yalnız" adlanır. Temp Productionun məhsulu olan yeni klipin ideya müəllifi və rejissoru Tükay Azəridir.


Çəkilişlər ADNA-da və Bakıdan kənar ərazilərdə aparılıb. Klipin süjet xətti bir qızın sevgilisinin bu hadisədə ölümündən bəhs edir. Qız ADNA-nın qarşısında o günləri xatırlayır, psixoloji sarsıntı keçirir. 4 rəfiqəsi isə onu bu çətin günlərində tək buraxmır.

Uca dağ zirvəsində insanların qədim inanc kimi arzu tutub parça bağladığı bir ağacı dövr edən 5 qızın arzusunun puç olduğu və bu ağaca inamın puça çıxdığı nəzərə çarpır. Ona görə 5 qız sonda həmin ağacı kəsir. Əllərindən heç nə gəlməyən qızlar günahsız insanları incidən, qanlı hadisələr törədən terrorçuları lənətləyirlər. İçərisində 30 apreldə ADNA-da terror törədən Fərda Qədirovun da olduğu terrorçuların şəklini asıb onları silahla hədəfə alan 5 gənc qız onlara güllə ata bilmir və klipin sonunda acıqlarını onların şəklini cırmaqda görürlər.

Klipin qısa bir zamanda işıq üzü görəcəyini deyən rejissor Türkay Azəri bu kliplə günahsız insanların öldürülməsinə son qoyulmasını istədiyini dedi. Və bir daha 30 aprel ADNA-da öldürülən insanların yaxınlarına və qohumlarına Tanrıdan səbr arzuladı.

Qeyd edək ki, mahnıda ANS TV-nin 2 məşhur aparıcısı Qənirə Ataşova və Rəşad Abbasovun həmin hadisə zamanı hazırladığı sujetin audio versiyasından istifadə olunub. Klip üzərində rejissor Türkay Azəri, operator Vaqif Rəşidov, işıq tərtibatçısı İlham Əliyev, səs tərtibatçısı Şahin Allahverdiyev, fotoqraflar Azər Kamil, Vüsal Rəşidov, qrim üzrə rəssam Zərifə Məmmədova, geyim üzrə rəssam Səadət Cəbiyeva, qrafist Anişenko Alex, asisstent Ayşən Heydərli və baş menecer Elşən İlyasov işləyiblər.

Xatırladaq ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirov inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atılan atəşlə xəsarət yetirib. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub. Nəticədə 12 nəfər ölüb, 13 adam isə yaralanıb.

AzNews.az



Bağla X