21:02
(077) 610-22-33

Kamran Həsənli: “Nə mübahisə?“

  • >
444 1 May 2013 11:30 | Şou-biznes

"Bəsti Cəfərova ilə aramızda heç bir mübahisə yaranmayıb". Bunu AzNews.az-a aparıcı, şoumen Kamran Həsənli bildirib.

Onun sözlərinə görə, aktirisa "Space"nin efirində yayımlanan "Söz sözü gətirdi" verilişində "Bizim Cəbiş müəllim" filminin müzakirəsinə qatılıb:

"Nə mübahisə? Biz filmi müzakirə etmişik. Bəsti xanım da bu qızğın müzakirədə nəzakətlə iştirak edib. Söhbət orada filmdən gedib. Əgər "Bizim Cəbiş müəllim" filmi Şimali Kareyda çəkilsəydi "OSKAR"-a layiq görülərdi. Buna şübhəm yoxdur. Orada ağır, diktatura rejmidir. Sovet rejimində bu film necə çəkilib və necə qəbul olunub, qaranlıqlıdır. Bu film sovet dönəminin ifşasıdır. Cəbiş müəllimdən başqa hamı yalançı və alverçidir. Rejissor sübut edir ki, mühit o qədər ağırdır ki, normal adamlar belə boğulur. Biz də bunu müzakirə etmişik, vəssalam".

Xatırladaq ki, Akademik Milli Dram Teatrının aktrisası Bəstı Cəfərova ilə Kamran Həsənlinin arasında "Space"-nin "Söz sözü çəkər" verilişində mübahisə yaranması haqda məlumatlar yayılıb.

Bahar Rüstəmli
AzNews.az
Bağla X