Rəqsanə: “Rusiyadakı toy qiymətim...”

Müğənni Rəqsanədən pərəştişkarlarına şad xəbər var. Belə ki, sənətçi may ayında Azərbaycanda möhtəşəm konsert layihəsi ilə çıxış edəcək.

Bu barədə AzNews.az-a müğənninin özü məlumat verib: "Konsertlə bağlı böyük bir layihəm var. Bu işdə mənə Tolik kömək edir. Artıq danışıqlar gedib, Tolik razılıq verib. Sadəcə məkan və tarix bəlli deyl. Səviyyəli bir konsert istəyirəm. Mən bir dəfə Tolikə etibar etmişəm. Yaxşı bir konsert təşkil etdi. İkinci dəfə də ona inanıram ".

Müğənni Rusiyada dəvət aldığı toylarda aldığı qonararla bağlı sualımızı da cavablandırıb: "Elə insanlar var ki, daima məclisindəyəm. Artıq bir-birimizi tanıyırıq, təbii ki, ona güzəşt edirəm. Amma eləsi də var ki, tanımıram, güzəşt-zad yoxdur, konkret qiymət deyirəm. Rusiyadakı toy qiymətim Azərbaycandakından fərqlidir. Yol xərci, flan var, bunlar nəzərə alınmalıdır. Axır vaxtlar Rusiya toylarında daha çox oluram".

Bahar Rüstəmli
AzNews.az