Nadir Qafarzadə Faiq Ağayevdən utanır

Müğənni Nadir Qafarzadə daha xəstəliyi ilə bağlı danışmayacağına söz verib.


Sənətçi "ATV" telekanalında yayımlanan "Onlar" verilişinə açıqlamasında keçmişində etdiyi qalmaqallardan peşmançılıq çəkdiyini deyib:

"Xəstəliyimlə bağlı efirdə danışdım, hamı elə bildi ki, özümü reklam edirəm. İndi də ağrılarım var. Amma daha ölsəm də, danışmayacam. Bu, mənə dərs oldu, çünki xəstəliyim reklam deyildi".

Nadir Qafarzadə bir vaxtlar küsülü olduğu xalq artisti Faiq Ağayevin ünvanına dediyi sözlərə görə indi peşman olduğunu söyləyib:

"İndi həmin söz-söhbətə görə peşman olmuşam. Bu, dəhşət idi. Kimisə dozanqurduna oxşatmışam. İstəmirəm ki, bunları yadıma salım. Barışmağımıza baxmayaraq, üz-üzə gələndə adam utanır. Bilirəm ki, bunu da söz edəcəklər, amma eybi yox. Qoyun, bir dəfə də xoş sözlər danışaq. Həmişə qalmaqal olmaz ki...".//axsam.az//

AzNews.az