20:43
(077) 610-22-33

Aygün Kazımova müharibədə belə “döyüşüb” – EKSKLÜZİV VİDEO

  • >
697 2 May 2013 15:43 | Şou-biznes

XALQ ARTİSTİNİN “SƏNGƏR HƏYATININ” GİZLİNLƏRİ AZNEWS.AZ-DA



Xalq artisti Aygün Kazımovanın Amerika səfəri hamının yadındadır. Səfər zamanı müğənni jurnalistlərinə verdiyi müsahibəsində hamını təəccübləndirən açıqlama vermişdi: "Mən bir ay Qubadlı və Zəngilan rayonlarında vuruşmuşam".

Bundan sonra xalq artistinin döyüş bölgəsinə necə getməsi, kiminlə vuruşması kimi suallar hər kəsi maraqlandırmağa başladı.

Bu günlərdə AZNEWS.AZ-a bu məsələ ilə bağlı çox maraqlı bir məlumat daxil olub.

Məlum olub ki, gənc və cazibədar Aygünü müharibə vaxtı döyüş bölgəsinə Nurəddin adlı bir şəxs aparıb. Həmin dövrdə məşhur olan və "Bozqurd" kimi tanınan Nurəddinin Aygün Kazımova ilə müxtəlif bölgələrdə olduğu bildirilir. Əlimizdə onların döyüş videosu olmasa da, bir yerdə əylənmələrinin, oynamalarının görüntüləri var. Videoya baxanda xalq artistimizin necə döyüşməsi, hansı silahdan istifadə etməyi bacarması barədə təsəvvür yaranır deyə, həmin materialların bir hissəsini təqdim edirik.

Qeyd edək ki, bu görüntülər 20 il bundan əvvəl lentə alınıb.

AzNews.az




image description
Bağla X