19:51
(077) 610-22-33

Xalq artistləri İlham Əliyevə məktub yazdı

  • >
455 6 May 2013 12:22 | Şou-biznes

Azərbaycanın xalq artistləri Firəngiz Mütəllimova və Zemfira Nərimanova prezident İlham Əliyevə məktub yazıblar.

AzNews.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, xalq artistləri prezident mükafatına layiq görüldükləri üçün ölkə başçısına təşəkkür ediblər.

"Ölkəmizdə teatr sənətinin inkişaf etdirilməsi, Milli Teatr Gününün təsis edilməsi, teatr əməkdaşlarının təltif olunması barədə verdiyiniz sərəncamlar bu sahədə çalışan insanlar, habelə bütün teatrsevərlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Sənətə və sənət adamlarına göstərdiyiniz diqqət və qayğı onları daha həvəslə çalışmağa ruhlandırır.

Hörmətli cənab Prezident, böyük etimad göstərərək bizi Prezident mükafatına layiq gördüyünüzə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Biz Sizinlə fəxr edirik və həmişə Sizi dəstəkləyirik"-deyə məktubda qeyd olunub.

AzNews.az
Bağla X