14:45
(077) 610-22-33

Yerli şou-biznesdə aprel qalmaqalları

  • >
411 6 May 2013 15:20 | Şou-biznes

Aprel ayı yerli şou-biznesdə son illərin ən qızğın aylarından biri olub


Böyük və kiçik ulduzların yaratdıqları qalmaqallarla yadda qalıb. Hətta bu qalmaqallarda kriminal əlamətlər də gözə dəyib. Halbuki aprel ayı sülhpərvər başlamışdı.

AzNews.az Day.Az saytına istinadən xəbər verir ki, ən yadda qalan məqamlardan biri də Əli Mirəliyevin daha heç kimi tənqid etməyəcəyi barədə bəyanatı olub.

Faytonçu Nazimin klipmeyker Aqil M.Quliyevə hücumu da yadda qalıb. Amma Aqilə dəyən ən güclü zərbə onun dələduzluq ittihamı ilə həbs olunması olub. Nəticədə ölkənin ən istedadlı klipmeykerlərindən biri ən azı yaxın bir il ərzində işləməyəcək.

Ayın ən yadda qalan hadisəsi isə Nazpəri-İlhamə qarşıdurması olub. Bu qarşıdurmanın səbəblərindən danışmağa heç dəyməz. Məleykə Əsədova da bu qalmaqalın içində olsa da, o, sonradan özünü kənarda saxlamağı bacardı və iş nəticədə polisə qədər getməyib.

Təranə Qumral və Musa Musayevin ailəsindəki problemlər də ictimai müzakirələrə yol açıb. Onların ailə münasibətləri ilə bağlı elə şou yaranıb ki, Braziliya serialları bu şounun yanında yalan olub.

Aygün Kazımova ilə Brilliant Dadaşova arasında yaranan qalmaqal Sovet dövründə yayılmış bir lətifəni xatırladıb: "ABŞ SSRİ-dən soruşur ki, sizin mühəndislər nəyə görə belə kiçik həcmli əmək haqqı alırlar? SSRİ isə belə cavab verir: "Nə olsun? Sizdə də qara dərililəri döyürlər".

Brilliant Dadaşova deyib ki, Aygün və Röya kimi müğənnilərin Türkiyədə keçirilən musiqi nominasiyasında iştirakının səbəbi nə idi, əgər onlar heç nə qazana bilmirdilərsə? Aygün Kazımova isə suala sualla cavab verib. Bəs Dadaşova özü 10-15 il ərzində nə iş görürüb?

Aygün Kazımova hətta keçmiş rəfiqəsini "Təmiz toy müğənnisi" adlandırıb. Həm də hər şey Facebook-da yazılmış bir statusa görə olub. Röya isə Dadaşovaya heç bir etiraz bildirməyib.

AzNews.az
Bağla X