İlhaməylə Nazpərinin məhkəmə günü bilindi

Xalq artisti İlhamə Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi mayın 21-də keçiriləcək.

Bu barədə APA-ya İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva məlumat verib.

İlhamə Quliyeva iddia ərizəsində Nazpəri Dostəliyeva tərəfindən ictimai şəkildə şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirib.

Qeyd edək ki, aprelin 23-də İlhamə Quliyevanın şikayət ərizəsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim olunub.

AzNews.az