Şuşanın işğalı günü xoşbəxt olduğunu söyləyən aktrisa

Xalq artisti Şuşanın işğalı günü ilə bayramı səhv salıb


Dünən ATV kanalında müğənni Elnarə Xəlilovanın "Süfrəmiz" verilişində qonağı olan xalq artisti Məleykə Əsədova pərt olub. ANS PRESS-in məlumatına görə, M.Əsədova aparıcının "necəsiniz?" sualını belə cavablandırıb: "Çox xoşbəxtəm, bu gün hər yerdə bayramdır, hamı bayramı qeyd edir. Hər yerdə konsertdir, bu gözəldir".

Verilişinin aparıcısının "Bu gün Şuşanın alınması günüdür" sözlərindən sonra xalq artisti deməyə söz tapa bilməyib.

AzNews.az