02:53
(077) 610-22-33

Faiq Ağayev: “Halal olsun sənə, Aygün Kazımova“ - VİDEO

  • >
466 11 May 2013 08:26 | Şou-biznes

Xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşova arasındakı qalmaqala Faiq Ağayev də münasibət bildirib.

Xalq artisti "Space" telekanalında yayımlanan "Plyus-minus" verilişinə açıqlamasında Brilliant xanıma məsləhət verib:

"Əgər sən müğənnilik edirsənsə, niyə başqa şeylərlə gündəmə gəlirsən? Mahnı oxumaq, konsert vermək və klip çəkdirməklə olay yaratmaq bu qədərmi çətindir? Sən müğənnisənsə, bunu bacarmalısan. Bunun əksi acizlikdir. Nə vaxtsa Faiq Ağayev də belə şey etsə, damğasını qoyun ki, acizdir. Sənətdə rəqabət olmalıdır, şəxsiyyət alçaldılmamalıdır. Mən heç vaxt sənətkarın ayağını vermirəm. Elə insanlar var ki, yaltaqlanıb yanımda kimisə pisləyirlər. Onlara demişəm ki, çıx get burdan. Kimləsə şəxsi zəmində münasibətim yoxdursa, bu, pərdə arxasında olmalıdır". //axsam.az//

AzNews.az

Bağla X