Samir: “Hələ də gözüm Fəridin klipini axtarır“

Ölkəmizin "Eurovision" müsabiqəsində ilk təmsilçilərindən olan Samir Cavadzadə Fərid Məmmədovdan danışıb.

Sənətçi "ANS" telekanalında yayımlanan "Şoubiz" verilişinə açıqlamasında Fəridin "Hold me" mahnısına klip çəkdirməməsinə təəccübləndiyini deyib:

"Fəridin mahnısını çox bəyənirəm. Amma hələ ki, klipi görməmişəm. Deyəsən, "Hold me"nin ekran versiyası çəkilməyib. Çox təəccübləndim, hələ də gözüm klipi axtarır.Çünki mahnının tanınmasında, bəyənilməsində klipin böyük rolu olur. Nədənsə buna o qədər də diqqət ayrılmır".//axsam.az//

AzNews.az