11:53
(077) 610-22-33

Bəstəkar-müğənni ad gününə gəlməyənləri “topa tutdu” - FOTOLAR

  • >
429 13 May 2013 14:09 | Şou-biznes

“Ancaq 2 min manatlıq bir tədbir olsaydı, Könül Kərimova onu azı 20 kitaba qeyd edərdi ki...”




Dünən Bakının möhtəşəm restoranların birində istedadlı bəstəkar-müğənni Hacı Nazimin 30 illik yubileyi qeyd olunub. Yubiley tədbirində şou-biznes nümayəndələri iştirak edib.

Səbəbkar Hacı Nazimin AzNews.az-a bildirdiyinə görə, onun bu yubileyinə biganə qalanlar da az olmayıb: "Zamiq Hüseynov, Könül Kərimova, Tacir mənə hörmətsizlik etdilər. Könül Kərimova mənə başqa bir şey üçün zəng etmişdi. Deyəndə ki, ad günümdü, qayıtdı ki, niyə yadıma salmadın? Mənə qəribə gəlir. Mən niyə ad günümü kiminsə yadına salmalıyam? Düşünürəm ki, 2 min manatlıq bir tədbir olsaydı, Könül Kərimova onu azı 20 kitaba qeyd edərdi ki unutmasın. Tacir Şahmaroğlu da onun kimi, dəvət edildi, amma gəlmədi. Səbəbi də məlum deyil. Deyəsən, evdən çıxıb və bir də geri qayıtmayıb".

Tədbirdə müğənnilərlə yanaşı meyxana ifaçıları da iştirak edib. Röya Türkiyədə olduğundan bu mərasimə qatıla bilməyib. Amma o, yubilyarı məktubla da olsa təbrik edib: "Sən mənə hər zaman sadiq dost olmusan, öpürəm, dəyərləndirirəm-Röya".... Allah bizim üstümüzdən belə sənət yoldaşlarımızı əskik etməsin".

Bahar Rüstəmli
AzNews.az
image description image description image description
Bağla X