10:49
(077) 610-22-33

Səməd Səmədova sərt ittiham: “Bu, kişilikdən deyil”

  • >
377 13 May 2013 15:40 | Şou-biznes

Xalq artisti Səməd Səmədov bir müddət öncə AzNews.az-a müsahibəsində həmkarı Əli Mirəliyevə mesaj ünvanlayaraq hər zaman ona maddi yardım göstərdiyini bəyan etmişdi: "Əli Mirəliyevə həmişə pul vermişəm, indi də harda görsəm, cibinə 200-300 manat qoyacam".

Səməd Səmədovun bu açıqlamasından sonra isə Əli Mirəliyev həmkarını axtarır. O, AzNews.az-a açıqlamasında xalq artisti Səməd Səmədovu yalançılıqda ittihamladı:

" Səməd yalan deyir. O, məni harada görsə, qucaqlayıb, bərk-bərk öpür, vəssalam. Bircə dəfə mənə 200 manat pul verib, onu da dərmana vermişəm. deyirsən ki, guya məni axtarırsan. Yalan demə, axtaran tapar, ay Səməd. Yığ telefonumu zəng et. De ki, gəl filan yerə, görüşək. Əsl kişi belə edər. Burada nə var axı? Mənə kömək edən bir azərbaycanlı bu addımı atar. Daha sənin kimi çıxıb mətbuata yalan danışmaz. Bir-iki müğənni var, onlar mənim dərmanlarımı almağa kömək edirlər. Təsüflər olsun ki, o siyahıda Səmədin adı yoxdur. Bəlkə 10 dəfə mənimlə görüşüb. Hər dəfə də "Əli, yanımda yoxdur, darıxma, olanda verəcəm" deyib aradan çıxıb. Mən də arxası ilə baxa-baxa qalmışam. Ağlamıram, mən kişiyəm. Versə deyərdim. Bu kişilkdən deyil. Mənə pul verməyə-verməyə niyə ağzına gələni deyirsən? Ayıb deyil? Səməd, Əli sənin yerinə xəcalət çəkdi".

Bahar Rüstəmli
AzNews.az

Bağla X