10:32
(077) 610-22-33

Brilliant Dadaşova: “Mən skandallara cavab vermirəm“

  • >
465 14 May 2013 10:05 | Şou-biznes

Brilliant Dadaşovanın mətbuat xidməti bu gün saytlarda onun sosial şəbəkələrdə tərbiyəsiz status yazması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Müğənninin mətbuat xidmətindən AzNews.az-a daxil olan açıqlamada deyilir: "Jurnalistlərin əksəriyyəti Brilliant Dadaşovanın Facebook səhifəsinə abunədirlər. Biz orada belə statusa rast gəlməmişik! Görünür ki, Aygün Kazımovanın Kral TV-də mükafat almadığına görə bircə kəlmə "məyus oldum" deməklə Brilliant xanım Aygün Kazımovaya imkan yaradıb ki, o hər fürsətdə öz adını Brilliant Dadaşova ilə yanaşı çəkdirsin.

İndi gündəmə güya Brilliant Dadaşovanın yazdığı statusla əlaqədar yeni bir skandal gətirmək istəyirlər. Jurnalistlərin təkidi ilə Brilliant xanıma zəng etdim, o da dedi ki, mən belə quraşdırma skandallara cavab vermirəm".

AzNews.az
Bağla X