Müğənni Rəqsanə özünü yaxşı hiss etmir - VİDEO

Rəqsanə İsmayılova bir müddət əvvəl plastik əməliyyat keçirəcəyindən danışsa da, bu əməliyyat səhhətində yaranan problemə görə aparılıb.


8 saat davam edən cərrahi müdaxilədən sonra narkozdan gecə saatlarında ayılan sənətçi hələlik özünü yaxşı hiss etmədiyini bildirib.

Qızı Aysunun yanında olduğunu deyən sənətçi bu vəziyyətdə efirdən "Avrovision" müsabiqəsini izləyib və təmsilçimiz Fərid Məmmədova uğurlar arzulayıb.

Müğənni hələ bir həftə yataq rejimində klinikada qalacağını bildirib.//anspress//

AzNews.az