21:37
(077) 610-22-33

Bilal Əliyev toy qiymətini qaldırdı: 150 min manat

  • >
378 20 May 2013 10:00 | Şou-biznes

Bir neçə gün öncə mətbuata müğənnilərin toy qiymətləri açıqlandı. Həmin yazıda xalq artisti Bilal Əliyevin 130 min manatla siyahıya başçılıq etdiyi bildirildi.

B.Əliyevin AzNews.az-a verdiyi açıqlamasına görə, o, 130 min iddialarına etiraz edir. Onun sözlərinə görə, bu onun may ayına kimi olan toy qiymətidir: "Açığı bu dünənə kimi olan qiymətdir. Bu gün qərar verdim ki, toy qiymətlərimi 150 min manata qaldırım. Məni toylara aparmaq üçün 150 min manat vermək istəyən oğlanlar var. Əsl sənətkar belə olmalıdır".

B.Əliyev hazırda Masalıya getdiyini dedi: "Bu saat yoldayam, İdman Gənclər Nazirliyinin tədbiridir. Həmin tədbirlə əlaqədar biz 3 gün Masallı, lənkəran, Beləsuvar rayonlarında səfərdə olacağıq".

Bahar Rüstəmli
AzNews.az

Bağla X