Primadonnadan Fərid Məmmədova təklif

"Eurovision" təmsilçimiz Fərid Məmmədova xalq artisti İlhamə Quliyevadan dəstək gəlib.

Axşam.az-ın məlumatına görə, ictimai kanalda yayımlanan "Yeni gün" verilişinə qonaq olan gənc ifaçının ünvanına təriflər yağdırılıb.

İlhamə Quliyeva canlı telefon bağlantısı ilə efirə qoşularaq, Fəridə çox inandığını deyib:

"Əvvəlcədən Fəridə inanırdım. O, bizim qalibimizdir. Mən onu ikinci yox, birinci hesab edirəm. Aybəniz Haşımovanı təbrik etmək istəyirəm. Mənim Fəriddən bir istəyim var. Təklif edirəm ki, soyadını dəyişib atasının adını götürsün, olsun Fərid Asifoğlu. Beləcə öz atasının adını yaşatsın".

AzNews.az