"Övladım olmasaydı, intihar belə edərdim... İnanın” "Övladım olmasaydı, intihar belə edərdim... İnanın”

Aygün Kazımova intihar etmək istəyir

"Övladım olmasaydı, intihar belə edərdim... İnanın”




Xalq artisti Aygün Kazımovanın İnstaqram sosial şəbəkəsində yazdığı sözlər böyük səs-küyə səbəb olacaq.

Axşam.az-ın məlumatına görə, müğənni Vətəni tərk etdiyini deyib. Aygün Kazımovanın yazdığı həmin fikirləri təqdim edirik:

"Sevənlərimə bəd xəbər... Qəlbimdə ağrı-acılarla, dərd və qəmlə... Böyük bir həsrətlə, ana yurdumu, doğma məmləkətimi... Vətənimi tərk edirəm..."

Müğənni ardından "Bu haqsızlıqlara, təhqirlərə, şər və böhtanlara dözməyə taqətim, gücüm qalmadı. Dostlar qalmadı... Övladım olmasaydı, intihar belə edərdim... İnanın" deyə əlavə edib.


AzNews.az