İlhamə Quliyeva Nadir Axundovu “cəzalandırdı“

Nadir Axundov işdən uzaqlaşdırılıb


Bir neçə gün əvvəl Azərbaycan xalq artisti İlhamə Quliyeva Azərbaycan Dövlət Televiziyasında (AzTV) üzləşdiyi xoşagəlməz situasiya haqqında "Qafqazinfo"ya açıqlama vermişdi. Xalq artisti televiziyada özünə qarşı gördüyü münasibətlə bağlı ciddi ittihamlar səsləndirərək Musiqi Departamentinin rəhbəri Nadir Axundovun orada monopoliya yaratdığını bildirmişdi. İ. Quliyeva N. Axundovlun onun adını televiziyanın solisti siyahısından çıxardığını demişdi: "Mən bilirəm ki, ixtisara düşməyimdə Nadir Axundovun böyük rolu var. Mən dövlət başçısının qəbuluna düşə bilirəm, amma AzTV-nin efirinə yox".

bu gün alınan məlumata görə, xalq artistinin ittihamları artıq öz nəticəsini verib. Belə ki, Nadir Axundov AzTV-nin Mədəniyyət Departamentinin rəhbəri vəzifəsindən azad olunub. Onun Mədəniyyət Kanalına müdir müavini təyin edildiyi bildirlir. Nadir Axundovun yerinə isə uzun müddət televiziyada çalışan Hikmət Şahbazovun təyin edildiyi bildirilir.

AzNews.az