Rəqsanə: “Məni yıxmaq istəyənlərlə tək savaşdım“

Bu gün müğənni Rəqsanə İsmayılova doğum gününü qeyd edir.


Axşam.az-ın məlumatına görə, yaxınları onu təbrik etmək üçün Türkiyəyə gedib. Onlar arasında Rəqsanənin qızı Aysun, rəfiqəsi vizajist Nigar İbrahimova və nişanlısı da var.

Müğənni nişanlısının ona sürpriz hazırladığını bildirib:

"Nişanlım məni təbrik etmək üçün Türkiyəyə gəlib. Hələ ki, nə sürpriz hazırladığını bilmirəm.
Həyatda eniş-yoxuşlar çox oldu. Bəzən çörək verdiyim insanlar məni vurmağa çalışdı. Bir tək başımın üzərindəki rəbbimin köməyi ilə ayaqda durmağı bacardım. Hər zaman onun varlığına sığınmışam. Geriyə boylananda nə ata, nə qardaş, nə arxa gördüm. Məni yıxmaq istəyənlərlə tək savaşdım. Bu gün onların hamısından yüksəkdəyəm. Ətrafımda ancaq yaxşı insanlar var və bundan sonra da belə olacaq. Durmadan sənətim üçün çalışacam. Sevinirəm ki, Tanrı mənə qədir bilən ailə qismət edib".

AzNews.az