17:55
(077) 610-22-33

“Eyyub erməni müğənnisi Boka kimi oxuyurdu“

  • >
487 27 May 2013 20:20 | Şou-biznes

Müğənni Eyyub Yaqubovun sənətə gəldiyi ilk vaxtlar efirə çıxmağına icazə verilmədiyi ortaya çıxıb.

Axşam.az-ın məlumatına görə, bu haqda ATV telekanalında yayımlanan, aparıcılığını müğənni Samir Piriyevin etdiyi "Necə varsa" verilişində şoumen Kamran Həsənli deyib.

O, Eyyub Yaqubovu ilk dəfə efirə onun çıxardığını açıqlayıb:

"Vaxtilə Eyyubu efirə çıxmağa qoymurdular. Çünki o, erməni müğənnisi Boka kimi oxuyurdu. Həmin vaxtlar Eyyubun efirə çıxması üçün çox əziyyətlər çəkdim. Amma bunu bacardım. O, ilk dəfə mənim apardığım "Bizim saat" verilişində efirə çıxdı. Hamıya dedim ki, baxın, oxuyan belə olmalıdır".

Veriliş zamanı Kamran Həsənli müğənni Röya, İradə İbrahimova, Qismət, əməkdar artist Abbas Bağırov, Tünzalə Ağayeva kimi sənətçiləri də ilk dəfə efirə özünün çıxardığını deyib.

AzNews.az
Bağla X