Nisə Qasımova əməliyyat olunacaq

Xalq artisti Nisə Qasımova solo konsertə hazırlaşır.

Müğənni "ATV maqazin" verilişinə açıqlamasında konsertdən öncə plastik əməliyyat etdirəcəyini deyib:

"Artıq çəkidən xilas olmaq üçün bir dəfə əməliyyat etdirmişdim, amma nəticə ürəyimcə olmadı. İndi yeni həkim tapmışam, istədiyim qədər arıqlayacağam. Arzuladığım çəkiyə düşəndən sonra isə solo konsert verməyi düşünürəm. Artıq hazırlıqlara başlamışam. Gecədə həm yeni, həm də nostalji mahnılar ifa edəcəyəm".//axsam.az//

AzNews.az