18:20
(077) 610-22-33

“Heç bir qadağa qoyulmayıb”

  • >
514 8 İyun 2013 09:13 | Şou-biznes

Yayılan xəbərlərə görə, Hüseyn Abdullayevin "Susma" mahnısı bəstəkarın yaradıcılığına müraciət edən sənətkarların yolunu "bağlayıb".


Belə ki, məlumata görə, müğınni Röya Ayxan və Zülfiyyə Xanbabayevaya Hüseyn Abdullayevin mahnılarını oxumaq qadağası qoyulub.
.
Röya Ayxanın prodüseri Kənan bununla bağlı AzNews.az-a açıqlamasında bildirdi ki, müğənniyə belə bir qadağa qoyulmayıb: "Hüseyn Abdullayevlə bağlı yayılan xəbərlər ümumiyyətlə şayiədir. Guya "Şeron"u tutdular, buradan Röyaya qadağa qoydular… Heç kim bizə qadağa qoymayıb. Hüseyn Abdullayevə qadağa qoyulub ki, Royaya da qoyulsun? Roya Hüseyn Abdullayevin haradasa 10 –a yaxın mahnısını ifa edib. Və hazırda həmin mahnılar onun repertuarındadır".

Bahar Rüstəmli
AzNews.az

Bağla X