Əri məşhur müğənnini seks kaseti ilə şantaj edib

Türkiyəli müğənni Petek Dinçöz keçmiş əri Can Tanrıyarla bağlı qorxunc iddialar səsləndirib.


Müğənni prokurorluğa təqdim etdiyi ərizəsində Can Tanrıyarın onu kəmərlə döydüyünü və əlində seks kaseti olması ilə təhdid etdiyini bildirib. 12 il birlikdə yaşadığı şəxsin daha sonra onu seks kaseti ilə şantaj etməsini əsas gətirərək 4 il əvvəl boşandığının bildirib.

Ancaq boşanmadan sonra da Can Tanrıyarla birlikdə yaşamağa məcbur edildiyini deyən Dinçöz daha sonra birlikdə yaşadıqları evi tərk edib.
Keçmiş ərindəki kasetin ona aid olmadığını deyən müğənni buna baxmayaraq onun təhdidləri qarşısında indiyə qədər susmaq məcburiyyətində qaldığını deyib.

Xatirə
AzNews.az