04:21
(077) 610-22-33

Azərbaycan müğənniləri bu yay harada dincələcək?

  • >
716 20 İyun 2013 20:43 | Şou-biznes

Azərbaycan estradasının tanınan simaları yay istirahətini keçirmək istədikləri məkanlardan danışıblar.

Axşam.az-ın məlumatına görə, sənətçilər "Xəzər" telekanalında yayımlanan "Starlife" verilişində bu yay üz tutacaqları ölkələrin adını açıqlayıb.

Xalq artisti Faiq Ağayev – Dəniz, okean içində olan məkanlarda istirahət etmək istəyirəm. Bu cür yerləri xoşlayıram.

Müğənni Vasif Məhərrəmli – İsti ölkələrə üz tutmağı sevmirəm. Mən fəsil dəyişməyi xoşlayıram. Məsələn, yay ayında soyuq ölkədə istirahət arzulayıram. Çox şükür ki, dünyanın harasına istəyirəmsə, pul tapıb gedə bilərəm.

Əməkdar artist Ədalət Şükürov – Xorvatiya, Türkiyə və Tunisdə istirahət edəcəyəm. Tunisdə iki dəfə olmuşam. Gəzdiyim yerlər çox olub. Amma hələ görmədiyim ölkələr də var. Məmnuniyyətlə Bora Boraya gedərdim.
Müğənni Elçin Cəfərov – Cibimdə istirahətə yetəcək qədər pul var. Mən harasa getmək istəsəydim, ilk öncə cibimdəki məbləğə baxardım. Hansı ölkəyə bəs edəcəksə, oraya üz tutaram.

Elton Hüseynəliyev – Bir ildən çoxdur istirahət etmirəm. Düşünürəm ki, əvvəlcə rayonlarımıza – İsmayıllı, Qəbələyə üz tutum. Öz bölgələrimizin havası çox gözəldir. Daha sonra Bodruma gedəcəyik. Amma iyulda istirahət edəcəyəm. Çünki hələ işləyirəm.

Nadir Qafarzadə - Tanınmış insan burada rahat ola bilmir. Məcbur olub xaricə gedirəm. Məmnuniyyətlə öz vətənimdə dincələrdim. Çünki buranın suyundan, havasından heç yerdə yoxdur. Ailəmlə Avropaya üz tutacağam, onların mədəniyyəti, mətbəxi ilə tanış olacağam.
Zamiq – İstirahətimdən qalmıram. Yay, qış mənə fərq etmir. Ürəyim istəyəndə dincəlirəm.

Xatirə İslam – Məni bilmək olmaz. Deyirəm ki, bu yay heç yerə getməyəcəm, bağımda dincələcəyəm. Amma bir də gördünüz oğlumu da götürüb, harasa getdim.

AzNews.az
Bağla X