““Şeron” qrupu heç vaxt çirkin siyasi oyunlara alət olmayacaq”

"Susma" mahnısı ilə bağlı Hüseyn Abdullayevlə nə əvvəl, nə sonra söhbətimiz olub. Bizim müəllif Hüseyn Abdullayevlə yaradıcılıq əlaqələrimiz olub, onun siyasi düşüncələrini bölüşməmişik".

Bu sözləri modern.az saytına müsahibəsində "Şeron" qrupunun üzvü Ülvi Cəfərov deyib. O deyib ki, müəllif əgər öncədən onlara mahnının motivi və onun arxasına yerləşdəriilən kadrlara barədə onlara desəydi, mövqelərini bildirərdilər: ""Şeron" qrupunun mövqeyi məlumdur. Biz bu dövlətin, onun rəhbərinin, dövlətçiliyin yanındayıq. Həmişə bu dövlətdən, onun rəhbərindən diqqət və qayğı görən, alqış qazan "Şeron" qrupunun üzvləri mövqeyini niyə dəyişməlidir ki?"

Ü.Cəfərov bildirib ki, onları öz siyasi oyunlarına qatmaq istəyənlərə ünvanı doğru seçmədiklərini demək istəyir: ""Şeron"un üzvləri heç vaxt kiminsə çirkin siyasi oyunlarına alət olmayacaq".

Anar
AzNews.az