İlhamə Quliyeva ilə Nazpəri növbəti dəfə məhkəmədə

Bu saatlarda xalq artisti İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi başlanacaq.

Bunu AzNews.az-a İlhamə Quliyevanın mətbuat xidmətinin rəhbəri Faiq Ələkbərli bildirdi. Onun sözlərinə görə, hazırda tərəflər Nəsimi Rayon Məhkəməsindədir. Saat 12-yə təyin edilən proses hələ başlamayıb.

Xatırladaq ki, İ.Quliyeva uzun müddətdir ki, aralarındakı qalmaqal səngimədiyindən xalq artisti Nazpəri Dostəliyevanı məhkəməyə verib.

Bahar Rüstımli
AzNews.az