Məhkəmə hər iki xalq artistinə “yox” dedi

Bu dəqiqələrdə Bakı Apellyasiya Məhkəməsində Xalq artisti Nazpəri Dostəliyevanın Nəsimi rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılıb.

Bu barədə AzNews.az-a açıqlamasında Nazpəri Dostəliyevanın vəkili Yunis Vəliyev məlumat verib:

"Bakı Apellyasiya Məhkəməsində İlhamə Quliyevanın 700 minlik iddiası üzrə işə baxıldı. Nəsimi Məhkəməsinin qərarı qüvvəsində saxlanıldı. Bizim 50 minə manata qarşı verdiyimiz apellyasiya şikayəti, İlhamə Quliyevanın da əlavə olaraq 500 minlik iddiası təmin edilmədi. Hər ikisi rədd edildi".

Xalq artisti Nazpəri Dostəliyeva da Bakı Apellyasiya Məhkəməsinin qərarına münasibət açıqlayıb: "Gözləyin görün hələ vəkillər nə deyir. Şəfiqə xanım bu xəbərləri yaymağa dünəndən hazırdır. Sonunu gözləyin".

Bahar Rüstəmli
AzNews.az