04:43
(077) 610-22-33

Anar Məmmədovun vəkili müğənnilərə qadağadan danışdı

  • >
810 2 Noyabr 2013 09:54 | Şou-biznes

“Mahnıya heç bir qadağa qoyulmayıb”




Abbas Bağırov: "Bu qadağanın olmasını Ruslan müəllimdən eşitmişdim"

Bu günlərdə müğənni Abbas Bağırovun "ATV maqazin"ə verdiyi açıqlaması "Aləm gözəl" mahnısını yenidən gündəmə gətirdi. Belə ki, bəstəsi nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olan mahnı barədə söylədikləri təkzib olundu. A.Bağırov verilişə açıqlamasında rəsmi şəkildə bütün telekanallara və radiolara xəbərdarlıq edildiyini bildirmişdi:

"Aləm gözəl" mahnısı mənim üçün yazılmışdı. Uğurlu alındı. Bilmirəm, sənətçilərimiz bu uğura sevindilər, yoxsa paxıllıqları tutdu deyə, hamı onu oxumaq istədi. Bu uğura şərik olmaq istədilər. Bizim müğənnilərin əksəriyyəti mahnını oxuyarkən bəstəkardan icazə almırlar. Buna görə də Anar Məmmədov mahnıya qadağa qoydu. Bütün telekanallara və radiolara rəsmi xəbərdarlıq edilib. Mahnını icazəsiz oxuyan cəzalandırılacaq. Cəza nədən ibarətdir və məsələ nə qədər ciddidir, bunu Anar bəyin vəkili deyə bilər".

A.Məmmədovun vəkili Ruslan Məmmədov isə musavat.com-a açıqlamasında deyib ki, sözügedən mahnıyla bağlı heç bir qadağa yoxdur: "Anar Məmmədov tərəfindən belə bir qadağa yoxdur, bu, mətbuata və ictimaiyyətə yanlış təqdim olunub".

Açıqlamasının təkziblə cavablandırıldığından xəbər tutan A.Bağırov əvvəlcə cavab vermək istəməsə də yekunda bunları dedi: "Bu o deməkdir ki, qadağa artıq aradan qaldırılıb".

O, bir müddət öncə qadağanın olması xəbərini məhz Ruslan Məmmədovdan öyrəndiyini də söylədi.

AzNews.az
Bağla X