Faiq Ağayev düşmənlərinə ismarış yolladı


Xalq artisti Faiq Ağayevin səhnə fəaliyyətinin 26-cı ili tamam olacaq. AzNews.az xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində yazıb.

Xalq artisti onun arxasınca danışanlara da ismarış yollayıb: "Arxamca danışan, ayağımın altını qazmağa, şər-böhtanla adıma ləkə atmağa cəhd edənlərə bir sözüm var. Sizin üçün acı olan həqiqətlə birdəfəlik barışın. Artıq varlığımı, uğurlarımı, tamaşaçının mənə bəslədiyi məhəbbət və tələbatını həzm etməyə məhkumsunuz! Birmənalı və həmişəlik!"

Bahar Rüstəmli
AzNews.az