15:09
(077) 610-22-33

Madonna Rusiya ilə Ukraynanın bayrağını səhv saldı

  • >
689 6 Avqust 2012 11:27 | Şou-biznes

Təsadüf ya mesaj?


Dünya şöhrətli pop ulduz Madonnanın Kiyev konsertində maraqlı nüans yaşanıb. AzNews.az "pravda.ru" saytına istinadən xəbər verir ki, konsert zamanı Müğənni Rusiya ilə Ukraynanın bayrağını fərqləndirə bilməyib. Bu isə pərəstişkarları məyus edib. Repitisiyalar zamanı pərəstişkarlardan biri pop kraliçaya Rusiya bayrağını hədiyyə etmək istəyib. Müğənni isə onun Ukrayna bayrağı olub olmadığını soruşduqda zaldan məyusluq qarışıq "yox" cavabı gəlib və ona Ukrayna bayrağını uzadıblar. Bu dəfə isə pop kraliça "Bunların hər ikisi sizin bayraqdır? Sizin iki bayrağınız var?" - deyə zala müraciət edib. Daha sonra müğənninin köməkçisi bayraqları yerbəyer edib və müğənni Rusiya bayrağını pərəstişkarlara geri qaytarıb. Qeyd edək ki, pop kraliçanın konsertlərində bilərəkdən və ya bilməyərəkdən bu cür hallar tez-tez yaşanır.


AzNews.az

Sadiq


Bağla X