Namiq Qaraçuxurluya doğum günü sürprizi


Bu gün tanınmış sənətçi, "Toy gecəsi" bədii televiziya serialının baş qəhrəmanı olan Murad Qəhrəmanov obrazını canlandıran Namiq Qaraçuxurlunun doğum günüdür.

Sənətçi 2001-ci ildə "And içmişdik" albomu yayımlandıqdan sonra məşhur "Rəvayət" klipini sənətsevərlərə təqdim etməklə məşhurlaşıb. Sözügedən kliplə milyonlarla ürəyə yol tapan meyxanaçı bu doğum günündə yeni dostlarının-"Toy gecəsi"nin kollektivi arasında olacaq.

"Toy gecəsi" bədii televiziya serialı və "Oscar Film Production"un kollektivinin isə Namiq Qaraçuxurluya doğum günü münasibətilə sürprizi olacaq.

Bahar Rüstəmli
AzNews.az