Rəqsanə qızına iki gün toy edəcək

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun ailə qurmağa hazırlaşdığını xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, Rəqsanə övladının nişanının bu yaxınlarda baş tutacağını deyib.

O, "Pərdə" verilişinə açıqlamasında iki gün toy edəcəyini bildirib:

"Qızımın toyu yeni ildə olacaq. Mərasim həm Moskvada, həm də Bakıda keçiriləcək. Mən media nümayəndələri üçün qapalı məclis etməyəcəm. İstəyən toya gələcək, çəkiliş edəcək. Onsuz da icazə verməsəm belə, qonaqlar şəkil çəkib İnstaqramda paylaşacaq. Çox gözəl toy baş tutacaq".


AzNews.az