02:43
(077) 610-22-33

“İlhamə Quliyeva qorxur ki...”: Vəkil danışdı

  • >
895 22 Noyabr 2013 13:14 | Şou-biznes

Xalq artisti İlhamə Quliyeva ilə vəkili Şəfiqə Nağıyeva arasında qalmaqal qızışır.

Ş.Nağıyevanın İlhamə Quliyevanı bundan sonra məhkəmədə müdafiə etməyəcəyi barədə xəbər yayıldıqdan sonra Xalq artistinin komandasından buna cavab gəlib.

İ. Quliyeva "Onlar" verilişinə açıqlamasında rəsmi şəkildə yeni komandasını təqdim edib və bu komandada Ş.Nağıyeva yer almayıb.

Xalq artistinin mətbuat katibi Tahirə Məmmədqızı isə Şəfiqə Nağıyevanın vəkil kimi işinə məsuliyyətsiz yanaşması üzündən İlhamə xanımın onu işdən azad edərək yeni bir vəkillə işləməyə qərar verdiyini açıqlayıb.

Məsələ ilə bağlı Ş.Nağıyeva AzNews.az-a danışıb. Xanım vəkil bildirib ki, İ.Quliyeva ilə 4 illik əməkdaşlığa son qoyub:

"İlhamə Quliyevanın müdafiəsindən imtina etməyimin səbəbi var.

Mən İlhamə xanımla Nazpəri Dostəliyeva arasındakı məhkəmə prosesində 50 min təzminatın qüvvədə qalmasına nail oldum.

Doğrudur, daha sonra Yasamal məhkəməsinə getmədim. Bunun da öz səbəbi var idi".

İmtinanın səbəbini açıqlamayan vəkil bunu qonararla bağlı olmadığını vurğulayıb:

"4 ildir ki, İlhamə Quliyevanın işini aparıram, məhkəməni udmuşam. İndi onlar necə məni məsuliyyətsizlikdə ittiham edə bilərlər?

Onlar məni qabaqlamaq istəyirlər. Qorxurlar ki, məndən informasiya çıxa bilər, buna görə qabaqlamağa çalışırlar. Onunla mənim aramda heç bir qonarar, pul söhbəti olmayıb. Mən imkan verməmişəm ki, İlahmə Quliyeva hökumətə pul keçirsin. Ona təmənnasız kömək etmişəm. O guya məni işə qəbul etmişdi ki, məni işdən çıxartsın?"

Bahar
AzNews.az
Bağla X