22:02
(077) 610-22-33

Azərbaycanlı model Bolqarıstana gedir

  • >
590 27 Noyabr 2013 09:10 | Şou-biznes


Rusiyanın 1-ci kanalında yayımlanacaq "Turk tranziti" serialının çəkilişlərində istirak edən model Günay Musayeva Bolqarıstana yollanacaq.

AzNews.az xəbər verir ki, "Best Model of the World" yarışmasında münsif qismində iştirak edəcək model bu günlərdə Türkiyənin tanınmış dizayneri Yıldırım Mayrukun "2023- Hikayeler MODE-ON" adlı moda nümayişinə qatılıb.

Türkan Şoray, Bülent Ersoy, Nebahat Çehre, Turkan Sabanci, Derin Mermerci kimi məşhurların izlədiyi nümayişdə Günay öz geyimi ilə diqqət çəkib.

Kolleksiyanın ən iddialı geyimini sərgiləyən G.Musayeva gecənin barəsində ən çox danışılan və alqış alan modeli olub.

Bahar
AzNews.az
Bağla X