“Günaha batmaq istəmədiyim üçün boşandım”- Lalə Məmmədova

Müğənni Lalə Məmmədova ilk dəfə ailəsinin dağılmasından və hamiləliyindən danışıb.

AzNews.az show.az-a istinadən xəbər verir ki, "Pərdə" verilişinə açıqlamasında həyat yoldaşı ilə boşanmasından peşman olmadığını söyləyən müğənni bu vəziyyətə görə pis olmadığını, heç bir depressiya keçirmədiyini bildirib.

"Belə bir söz var ki, mən öz yolumla gedirəm, mənimlə gedə bilməyənlər vaxtı gələndə öz dayanacaqlarında düşürlər. Mən də öz yolumla gedirəm. Sadəcə onu deyə bilərəm ki, günaha batmaq istəmədim".

Gələn ay doğacaq körpəsinin qız olduğunu söyləyən Lalə Məmmədova bu uşaqla qaranlıq həyatına işıq gələcəyinə ümid etdiyini bildirib.


AzNews.az