07:44
(077) 610-22-33

Müğənni plastik əməliyyatla 7 kilo arıqladı

  • >
1 109 9 Avqust 2012 13:56 | Şou-biznes

Günel Ələkbərova: "Maşallah, indiki vəziyyətimdən çox razıyam"


Günel Ələkbərovanın plastik cərrahiyyə əməliyyatı keçirdiyi söylənilir. AzNews.az-ın Milli.Az-a istinadən verdiyi məlumata görə, estrada müğənnisi Günel Ələkbərova bu günlərdə plastik əməliyyat keçirib. Müğənninin nə səbəbə cərrah bıçağına ehtiyac duyması açıqlanmasa da, səhhətinin normal olduğu deyilir. Yayılan xəbərlərə şərh verməkdən ötrü Ələkbərova ilə telefon əlaqəsi yaratdıq. Söhbətin mövzusunu bilən kimi daş atıb başını tutan müğənni məlumatı kökündən yalanladı: "Bir müddət kənara çəkilməyim belə inandırıcı şayiələrə gətirib çıxarırsa, daha nə deyim? And içmək istəmirəm, səmimiyyətimə inanın ki, belə bir şey olmayıb. Xarici görünüşüm əsla məni narahat etmir. Elə vaxt olub ki, çəkim 59 kilo olub. Heç o vaxtlarda da əməliyyat barəsində düşünməmişəm. Maşallah, indiki vəziyyətimdən çox razıyam. Çəkim tam 52 kilodur. Daha nə kökəlmək, nə də arıqlamaq istəyirəm".

Söhbətimiz zamanı müğənni hansısa pəhrizdən istifadə etmədiyini də israrla vurğuladı. "Gün ərzində bir neçə dəfə qidalanıram. Ən azı 2 litr su içir və maksimum çalışıram ki, gün ərzində normal yuxu yatım. Düzgün həyat tərzi sürəndə, təbii ki, hər şey öz yolunda gedəcək. Plastik əməliyyatlar barəsində bir neçə dəfə açıqlama versəm də, bir daha təkrarlayıram ki, bunu edənlərə pis baxmıram, amma mənim hələ ki bıçaq altına düşməyim yoxdur. Gələcək barəsində də indidən danışa bilmərəm", - müğənni fikirlərini belə tamamladı.


AzNews.az

Bağla X