18:10
(077) 610-22-33

Lalə Məmmədova jurnalistlərə barmaq silkələdi

  • >
771 5 Dekabr 2013 15:12 | Şou-biznes


Əməkdar artist Lalə Məmmədova şəxsi həyatı ilə bağlı məlumat yayılmasına qadağa qoyub.

AzNews.az xəbər verir ki, o, bu barədə özünün facebook səhifəsində yazıb. Onun yazdığına görə, hər bir insanın həyatı qaranlıq təzadlarla doludur :

"Verilişlərin birində həyatımın hansısa bir fraqmenti haqqında səmimi söhbət etmişəmsə, bu boşanmaq, ayrılmaq anlamına gəlməməlidir. Biz insanlar heç bir şeydən sığortalanmamışıq, yazını yazan jurnalistlər öz sənətlərinə hörmət edib, məlumatı dəqiqləşdirib, sonra geniş kütləyə çatdırmalıdırlar.

Təəssüf ki, qeyri-peşəkarlar hər sahədə var və geniş kütlə onların yazısına istinadən gündəlik qeybət-söhbətlərini bu mövzular üzərində qururlar. Nəzərinizə çatdırım ki, bu gündən etibarən informasiya saytlarında, TV maqazin verilişlərində, radio proqramlarda şəxsi həyatımla bağlı hər hansı bir məlumat verilməsinə rəsmi surətdə qadağa qoyuram. Əks halda qadağanı pozanlar qanun qarşısında cavab verməli olacaqlar".

Bahar
AzNews.az
Bağla X