23:39
(077) 610-22-33

Azəri qızı Günelin gizli mesajlarını üzə çıxartdıq- Eksklüziv - Fotosessiya

  • >
7 139 11 Avqust 2012 10:47 | Şou-biznes

“Ürəyim doludur, amma aça bilmirəm...16 ildir ki, bizim yuxarıda oturanları ucalara qaldırıram”


"Vətənimdə məni gözü götürməyənlər, televiziya ekranlarına çıxmağıma mane olanlar, mənim qələbələrimdən gözü çıxanlar çoxdur. Küsdürüblər qəlbimi. Yazdığım mahnıya son klipimi çəkəndən sonra bir daha vətənimə dönməyəcəm". Bu sözləri məşhur müğənni Azəri qızı Günel ən yaxın sənət dostlarından biri ilə yazışdığı mesajlarında qeyd edib. Günelin ünvanladığı bu qəbildən olan bütün mesajları artıq əlimizdədir. Orijinallığı qorumaq üçün mesajları heç bir düzəliş etmədən sizə təqdim edirik:


Canımı qoyaram Vətənimə,

Buraxmırlar ki, sevinim sevincinə, qələbəsinə.

Bayrağımı ucaltdıqca paxılların gözü deşilir...


Allahımdan səbr istəyirəm...

Mir Mövsüm ağanı ziyarət etmək istəyirəm...

Gördüm ki, əslində, hər şey çox asandı, indiki dövrdə hər şey etmək olar...

Amma onda özlüyündən çıxıb başqa rola girməlisən, bu da mənim xarakterimdə yoxdur...


Neyləmək olar ki, "qismət" deyib, keçirəm...

Mən artıq heç kəsə güvənmirəm

26 yaşım olsa da, çox şey yaşadım, gördüm və bu acılarla böyüdüm, təcrübə edirdim.


Xalqın əksəriyyətini yox, bəzi kəsləri nəzərdə tuturam:

Nə olsun ki, milçək balacadır, amma mədə bulandırır..


Yaşım ötür, fikirlərim dəyişir..

Uşaqlıq hər zaman qəlbimdə olsa da, məntiqlə baxanda, mən doğru düşünürəm...


Ürəyim doludu aça bilmirəm...

Nə bir kəs anlaya bilir fikirlərimi, duyğularımı, nə deyə bilirəm. Yeni klip ssenarisi yazacağam: ağ atın üstündə qız, şifon paltarda, əlində uzun dalğalanan, bayrağımız. Çəklişlərin yarısı Azərbaycanın görkəmli nöqtələrində, yarısı da Türkiyədə... Özü də animasiyalı...


Bu günə qədər hər şeyi öz hünərim, qabiliyyətimlə etmişəm. Bu klipi də düzəldəcəyəm... Lazımlılığına da inanıram, amma Azərbaycanda istəyərlərmi bu klipi yayınlamaq?!


Bu Azərbaycanla bağlı son işim olacaq, çünki həqiqətən yorulmuşam... Çıxıb getmək istəyirəm, eynən Əzizə Mustafazadə kimi... Qoy görüm kim məni itirib-axtaracaq?


16 ildir ki, bizim yuxarıda oturan insanlarımızı - mənə önəm verməyənləri namusumla, qeyrətimlə ucalara qaldırmışam və bu, mənim borcumdur. Amma neyləmək olar ki, bunu anlayan yoxdur.


Sadəcə sponsorlarla ayağa qalxanlar var, kiminsə şotuna... Amma mən heç bir zaman kiminsə şotuna ayaqda durmamışam...


AzNews.az


Bağla X