06:57
(077) 610-22-33

Primadonnadan xəbərdarlıq: “Qanun qarşısında cavab verəcəklər“

  • >
496 13 Dekabr 2013 15:17 | Şou-biznes

"Mən Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət və Şərəf ordenli İlhamə xanım Quliyevanın mətbuat katibi kimi sənətkarın istəyi ilə müğənni Natəvan Həbibiyə bundan sonra onun adını çəkməyə qadağa qoyuram".

Bunu AzNews.az-a xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli deyib.

O, müğənni Natavana son xəbərdarlığını etdi: "Natəvana demək istəyirəm ki, İlhamə xanım heç kimdən çəkinmir ki, onun yanında Qurana əl bassın. O, hər sözünün arxasında duran, nə danışdığını çox gözəl bilən sənətkardır. Odur ki, bundan sonra öz nüfuzunu qaldırmaq, reytinq qazanmaq üçün heç bir sənətçi İlhamə xanım Quliyevanın adını çəkməsin. Bu son xəbərdarlıqdır. Bir daha hər hansı bir şəxs İlhamə xanımın adından istifadə edib, həqiqətə uyğun olmayan açıqlamalar versə, qanun qarşısında cavab verəcək".


Bahar
AzNews.az
Top xəbərlər
Bağla X