21:34
(077) 610-22-33

Azərbaycanlı müğənni Türkiyədən helikopter gətizdirdi

  • >
592 17 Dekabr 2013 17:00 | Şou-biznes

Əməkdar artist Abbas Bağırov "Azərbaycanım" adlı mahnısına klip çəkdirəcək.

Axşam.az xəbər verir ki, sənətçi buna görə Azərbaycana kiçik helikopter gətizdirib.

Bu haqda sənətçi "Muleyli" şousunda məlumat verib. Sözləri və musiqisi Anar Məmmədova aid olan bəstənin klip çəkilişlərinə yaxın günlərdə başlanılacaq:

"Türkiyədən yeni qayıtmışam. Orada 2014-cü ildə işıq üzü görəcək albomumun hazırlıqları ilə məşğul idim. On mahnım tanınmış musiqiçilərin müşayiəti ilə lentə alınıb. İndi isə Azərbaycanla bağlı iki mahnıma klip çəkdirəcəyəm. Bunun üçün Bakıya helikopter gətizdirmişik. Bu, mini helikopterdir, ona insan minmir, ancaq kamera yerləşdirilir. Səmadan görüntülər əldə etmək üçün lazımdır".

Qeyd edək ki, Abbas Bağırovun klip çəkdirəcəyi növbəti mahnı "Dalğalansın bayrağımız" adlanır.


AzNews.az
Bağla X