Şok keçirən məşhur aparıcı Bakıdan qaçdı - Eksklüziv


Bir müddət əvvəl avtomobil qəzası keçirən "Xəzər" Tv-nin məşhur aparıcısı Ramal Hüseynov Bakıdan gedir.

Keçirdiyi qəzanın şokundan hələ də çıxa bilməyən Ramal AzNews.az-a verdiyi eksklüziv açıqlamada paytaxtda əsəblərinin tarıma çəkildiyini deyib: "Buna görə də yeni mövsümdə başlayacaq gərgin işlərdən əvvəl istirahət etmək üçün Türkiyəyə üz tutdum. Izmirdə Kuş adasında dincəlməyi planlaşdırıram. Avqustun 25-i vətənə qayıdacağam".

Həmçinin Ramal tamaşaçıların görüşünə "Xəzər" TV-də yeni mövsümdə maraqlı layihə ilə gələcəyini də qeyd etdi.


Elza

AzNews.az