Mais Məmmədov: "Yeni mövsümdə maraqlı verilişlər təqdim edəcəyik" Mais Məmmədov: "Yeni mövsümdə maraqlı verilişlər təqdim edəcəyik"

“Toy olsun” verilişi bağlandı

Mais Məmmədov: "Yeni mövsümdə maraqlı verilişlər təqdim edəcəyik"


ANS telekanalında yayımlanan "Toy olsun" verilişi bağlandı. Bu haqda ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov deyib.
AzNews.az-ın xezerxeber.com-a istinadən verdiyi məlumata görə, Mais Məmmədov bildirib ki, hər bir verilişdə olduğu kimi, bu layihənin də ömrünün bitməsi gözlənilən idi: "Artıq "Toy olsun"a tamaşaçılar maraq göstərmirdi. Hətta veriliş reklam da gətirmirdi. Buna görə layihəni bağladıq. Yeni mövsümdə böyük reytinq toplayacaq yeni, maraqlı verilişlər təqdim edəcəyik".


AzNews.az