10:21
(077) 610-22-33

Mənzurə Musayeva: “Ailə qurmaq istəyirəm“

  • >
1 804 13 Yanvar 2014 11:10 | Şou-biznes

Müğənni Mənzurə Musayeva şəxsi həyatı ilə bağlı heç yerdə demədiyi açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, övlad sahibi ola bilməyən sənətçi "Xəzər" telekanalında yayımlanan "Telemaqazin" verilişində həyat yoldaşından boşanma səbəbini danışıb:

"2013-cü il getsin, bir də o günləri yaşamayım. O ilin 6 ayını xəstə yatmışam. Allah heç kimə dərd verməsin. Ümumilikdə xoşbəxtəm, amma qəlbimin dərinliyində nisgil var. Bu da övladımın olmamasından irəli gəlir. Düzdür, qardaşımın qızını saxlayıram, mənə əzizdir. Bu il universiteti bitirir. Amma insanın doğma övladının olması başqadır. Hərdən onu qısqanıram. Atası və anası tərəfə diqqət yetirməsini istəmirəm. Yaşa dolduqca başa düşürəm ki, insana övlad mütləq lazımdır. Həyat yoldaşı olmasa da, olar.

Mən boşandım, çünki yoldaşım deyirdi ki, efirdə, səhnədə oxuma, ancaq toylara get, pul gətir. İndi ailə qurmaq istəyirəm, çox çalışmışam, yenidən nikaha girim, amma yaxşı insan yoxdur".

AzNews.az
Bağla X