- Köhnə - Şou-biznes
- 17 Yanvar 2014 13:25
- 2 073
Əməkdar artist: “Sərhədləri aşmaq istəyirəm“
Əməkdar artist Könül Xasıyeva solo-konsertindən bəhs edib.
Axşam.az-ın məlumatına görə, ifaçı "Xəzər" telekanalında yayımlanan "Telemaqazin" verilişinə açıqlamasında 2014-cü ildə bölgələrdə konsertlər verəcəyini bildirib:
"İki günlük solo-kosnertim uğurlu alındı. Səhnədə çox həyəcanlı idim. Gözümü yumub oxuyurdum. Bu konsertə iki ay gecə-gündüz çalışdım. Ürəyimcə alındı. Bu il də konsert ənənələrim davam edəcək. Amma bu dəfə sərhədləri aşmaq istəyirəm. Bölgələrdə konsertlər verəcəyəm".
Qeyd edək ki, K. Xasıyeva ötən il dekabrın 28-29-da Heydər Əliyev Sarayında solo-konsert verib.
AzNews.az